Azərbaycandakı kolbasalar at və eşşək ətindən hazırlanır?

Azərbaycandakı kolbasalar at və eşşək ətindən hazırlanır?

14 Yanvar 2014 09:44
Bəyəndim (0) Bəyənmədim (0)
Xaçmazda meşə massivində 1000-dək at və eşşək cəsədi tapılıb

Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.