
Kazinoda partlayış: 14 ölü, 7 nəfər yaralı
Çində qeyri-leqal kazinoda baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb. Bu barədə "Associated Press" yerli mətbuata istinadən xəbər yayıb.
Hadisənin Quyçjou əyalətində baş verdiyi bildirilir. Çin polisi hesab edir ki, partlayış təsadüfi olmayıb. Bu üzdən hadisə ilə bağlı cinayət işi açılıb.
Partlayışın səbəbləri barədə məlumat verilmir.
Digər xəbərlər