Ana-balanın faciəli ölümü ilə bağlı cinayət işi başlanıb

Ana-balanın faciəli ölümü ilə bağlı cinayət işi başlanıb

13 Yanvar 2014 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Prokurorluğundan Apa -ya verilən məlumata görə, yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində onlar hadisə yerində ölüblər. Həmin fakta görə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda istintaq davam edir.