
Azərbaycan Milli Qəhrəmanının anası vəfat edib
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anası vəfat edib. Lent.az "vesti.az"a istinadən məlumatına görə, Lio Uziyayevna Aqarunova İsraildə dünyasını dəyişib.
Oğlu Rantik Aqarunov bildirib ki, anası ötən ayın 28-də xəstəlikdən vəfat edib. Qeyd edək ki, Aqarunovlar ailəsi İsrailin ən qədim şəhərlərindən sayılan Akkoda məskunlaşıb.
Digər xəbərlər