Hərbi hissədə intihar

Hərbi hissədə intihar

13 Yanvar 2014 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Əsgər Quliyev Rüstəm Firuddin oğlu təmas xəttində özünə qəsd edərək həyatına son qoyub

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində intihar hadisəsi baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə birbaşa təmas xəttində qeydə alınıb.

Bakı şəhərindən olan 07 mart 1995-ci il təvəllüdlü Quliyev Rüstəm Firuddin oğlu intihar edib. Hazırda ərazidəki hərbi hissənin və hərbi prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparır.
İntiharın səbəbi də araşdırmalardan sonra məlum olacaq.