Məhbusa konfetin içərisində narkotik keçirmək istədi

Məhbusa konfetin içərisində narkotik keçirmək istədi

13 Yanvar 2014 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

İstintaq təcridxanasına konfetin içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İxtiyar Sabir oğlu Tahirovun tanışı Yeganə Tahir qızı Rəşidinin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman "Truffel" konfetinin içərisində gizlədilmiş 1 ədəd təxmini çəkisi 6,5 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.