
Bu gün səhər 26 yaşlı oğlan özünü körpüdən asdı
O, intihar edib
Samux rayonunda 26 yaşlı oğlanın körpüdən asılı vəziyyətdə meyiti tapılıb.
Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1987-ci il təvəllüdlü Vüsal Nərimanovun meyiti rayonun Sərkar kəndində su kanalının üzərində olan körpüdən asılmış vəziyyətdə tapılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, bilinməsə də, V. Nərimanovun intihar etdiyi ehtimal edilir. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər