
Yasamalda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, oğurluq hadisəsi rayonun Vasif Əliyev küçəsi, ev 14 ünvanında qeydə alınıb.1961-ci il təvəllüdlü Mətanət Piri qızı İbadova polisə müraciət edərək bildirib ki, yaşadığı evdən 850 manat və 5 min manat dəyərində olan qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.Hazırda hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparılır.
Digər xəbərlər