Gəncədə 56 yaşlı qadını maşın vurub

Gəncədə 56 yaşlı qadını maşın vurub

13 Yanvar 2014 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə piyadanın xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Cingiz Abdullayev idarə etdiyi "VAZ-2173" markalı avtomobillə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Adilə Əsədovanı vurub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.