Ermənilər əsgərimizi yaraladılar

Ermənilər əsgərimizi yaraladılar

13 Yanvar 2014 09:55
Bəyəndim (0) Bəyənmədim (0)
Onun 19 yaşı var

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.

T. Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.