
Küçə qadınını ölümcül şəkildə döydülər
Ötən gün günorta saatlarında Bakının Sabunçu rayonu ərazisində 48 yaşlı qadın küçənin ortasında zorakılığa məruz qalıb. Rayon Polis İdarəsi 14-cü polis bölməsindən verilən məlumata görə, qadın naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.
Hadisə Ramana qəsəbəsi ərazisində baş verib. Naməlum şəxs tərəfindən vəhşicəsinə döyülən 1965-ci il təvəllüdlü Roza adlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadının nə səbəbdən döyülməsi məlum deyil. Lakin verilən qeyri-rəsmi məlumatlara görə, qadın həmin ərazidə yüngül əxlaq tərzi keçirir. Onun döyülməsinn də elə bu səbəbdən baş verdiyi ehtimal olunur.
Digər xəbərlər