Sabirabadda yük maşını ilə minik maşını toqquşub:4 nəfər ölüb

Sabirabadda yük maşını ilə minik maşını toqquşub:4 nəfər ölüb

11 Yanvar 2014 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.

Məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.