Növbəti intihar xəbəri Lənkərandan gəldi

Növbəti intihar xəbəri Lənkərandan gəldi

10 Yanvar 2014 17:12
Bəyəndim (0) Bəyənmədim (0)
Bu dəfə 43 yaşlı kişi özünü öldürüb

Lənkəranda intihar hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında rayonun Havzava kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Ədalət Balakişi oğlu Hüseynov yaşadığı evdə özünü asaraq intihar edib. Mərhumun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.