“Təhsil almaq” üçün dəfələrlə evdən qaçan qız tapılıb

“Təhsil almaq” üçün dəfələrlə evdən qaçan qız tapılıb

10 Yanvar 2014 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları iki ay əvvəl yoxa çıxan rayon sakinini tapıblar. Rayonun Eyvazlı kənd sakini Abdullayeva Günay Kamal qızı iki ay əvvəl evdən çıxıb və geri qayıtmayıb. Rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, 2013-cü ildə ailəsinin müraciəti əsasında onun barəsində Ağdam rayon polis şöbəsi tərəfindən 2 axtarış işi açılıb. Buna baxmayaraq, Günay Abdullayeva təkcə ötən il 4 dəfə evlərindən xəbərsiz çıxıb gedib və polis tərəfindən tapılaraq geri qaytarılıb. Ailəsinə təhvil verilən Günay Abdullayeva artıq kənd həyatından bezdiyini, təhsil alaraq şəhər yerində yaşamaq istədiyini, yenidən evdən gedəcəyini bildirib.