22 yaşlı qadın özünü öldürmək üçün sirkə turşusuna əl atdı

22 yaşlı qadın özünü öldürmək üçün sirkə turşusuna əl atdı

10 Yanvar 2014 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 04:00 radələrində Bakının Sabunçu rayonunda yaşayan 22 yaşlı qadın ailə üzvlərinə dəhşətli gecə yaşadıb. Rayon Polis idarəsi 14-cü polis bölməsindən verilən məlumata görə, Bilgəh qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Gülşən Vəliyevanın halı qəflətən pisləşib. Ailə üzvləri dərhal təcili yardım çağırıblar. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, qadın intihar etmək məqsədilə sirkə turşusu içib. Onun nə səbəbdən intihar etmək istəməsinin səbəbləri dəqiq məlum deyil.Faktla bağlı araşdırma aparılır.