
Azərbaycanda ötən il baş verən yol qəzalarında 81 uşaq ölüb
Ötən il respublikada baş verən yol qəzalarında 398 piyada ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən il respublikada piyadaların vurulması ilə nəticələnən 1097 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 398 nəfər ölüb, 784 nəfər yaralanıb.Ötən il respublikada sərxoş sürücülər tərəfində 78 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 32 nəfər ölüb, 95 nəfər yaralanıb. Ölkə ərazisində baş verən yol qəzalarında 81 nəfər uşaq ölüb, 268 nəfər isə xəsarət alıb.Qeyd edək ki, 2013-cü ildə respublikada ərazisində 2846 yol qəzası baş verib, 1164 nəfər ölüb, 2948 nəfər xəsarət alıb.
Digər xəbərlər