Ər-arvad intihara cəhd edib

Ər-arvad intihara cəhd edib

9 Yanvar 2014 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər rayonunda intihara cəhd olunub. Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün baş verib. Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova sirkə turşusu içərək intihara cəhd ediblər. Ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılan ər və arvadın həyatını xilas etmək mümkün olub. Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirirlər.

Apa-nın yerli bürosunun əldə etdiyi məlumata görə, intihara cəhd edən ər-arvad arasında qısqanclıq üstündə mübahisə düşüb. Onlar məhz bu səbəbdən intihar etməyə qərar veriblər.

Faktla bağlı araşdırma aparılır.