Prezident korrupsiyaya görə məhkəmə qarşısına çıxıb

Prezident korrupsiyaya görə məhkəmə qarşısına çıxıb

9 Yanvar 2014 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın sabiq prezidenti Asif Əli Zərdari bu gün ilk dəfə korrupsiya işləri üzrə məhkəmə qarşısına çıxıb. Apa-nın verdiyi məlumatına görə, bu haqda "Dawn" nəşri xəbər yayıb.

İslamabad şəhərinin korrupsiya işləri üzrə məhkəmədə Zərdariyə qarşı 5 işdən ikisi üzrə ittiham irəli sürüləcəyi gözlənilsə də, yalnız qısamüddətli dinləmə olub.

Sabiq prezident məhkəmə binasına gücləndrilmiş mühafizə ilə gəlib.

Məhkəmənin növbəti iclası yanvarın 18-də keçiriləcək. Həmin iclasda Zərdariyə qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.

Xatırladaq ki, 2007-ci ildə qətlə yetirilən sabiq baş nazir Benazir Bhuttonun həyat yoldaşı olan Zərdari Pakistan Xalq Partiyası 2013-cü ilin may ayında parlament seçkilərində məğlub olduqdan 4 sonra prezident postunu tərk edib.