
İki cavanın həyatı avtomobil qəzasında bitdi
Bakıda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 5-i saat 09:10 radələrində, Sabunçu rayonu Şəhər şosesində Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Kənan İmamverdi oğlu Dəmirov idarə etdiyi "VAZ-2105" markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurub. Nəticədə K.Dəmirov və sərnişini 1992-ci il təvəllüdlü Lala Fərhad qızı Cəbrayılova xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Hər iki şəxs yanvarın 6-da xəstəxanada ölüb.
Digər xəbərlər