Sabah "Xocalı soyqırımı" haqda sənədli filmin nümayişi olacaq

Sabah "Xocalı soyqırımı" haqda sənədli filmin nümayişi olacaq

9 Yanvar 2014 01:14
Bəyəndim (0) Bəyənmədim (0)

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş vermişdi. Azğın ermənilər vəhşicəsinə əliyalın rayon sakinlərinə hücum edib, qız-gəlin, ahıl-uşaq baxmadan hər kəsi qətlə yetirmişdilər. Neçə-neçə günahsız insanlar ermənilərin amansız zülmü ilə üz-üzə qalmışdılar. O dəhşətli gündən qurtulan çox az xocalılı var.

Artıq bütün dünyanı sarsıdan dəhşətli "Xocalı soyqırımı"nın 22-ci ildönümünü anma tədbirlərinə start verilib. Sabah daha bir QHT – "Soyqırım və terror əleyhidarları QHT koalisiyası" tərəfindən Xocalı faciəsi ilə bağlı tədbir keçiriləcək. Onu da əlavə edək ki, tədbirdə İran İslam Respublikası Dövlət Radio Televiziyasının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazeminin təşəbbüsü ilə ekranlaşdırılan "Xocalı faciəsi" sənədli filmi nümayiş olunacaq. Bu işdə zəhməti keçənlər fəxri diplomlarla təltif ediləcəklər.

QHT-nin sədri Faiq İsmayılovun dəvəti ilə tədbirə ölkəmizin ziyalıları, tanınmış adamları, həmçinin İran səfirliyinin nümayəndələri də dəvət olunublar.

P.S. Tədbirə hər kəs dəvətlidir. Ünvan: "Nərimanov" rayonu, Qafur Rəşad küçəsi 20. Tədbir saat 11:00-da başlayacaq.

Mediainfo.az