Əfqanıstanda avtobus aşıb, 4 nəfər ölüb, 40-dan çox yaralı var

Əfqanıstanda avtobus aşıb, 4 nəfər ölüb, 40-dan çox yaralı var

8 Yanvar 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Apa-nın "Sinhua" agentliyinə istinadən verdiyi məlumata görə, qəza yerli vaxtla saat 04.00-da Vardak əyalətində baş verib.

"Avtobus Kabildən Qəndəhar əyalətinə gedirmiş. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Dörd nəfər ölüb, 41 nəfər yaralanıb", - deyə yerli hakimiyyət nümayəndələri bildirib.

Qəza nəticəsində yaralananlar xəstəxanalara çatdırılıb.