
İranda növbəti edam
İranın Qəzvin vilayətində 3 nəfər edam edilib. "Fars" xəbər agentliyinin verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Onların ad və soyadları açıqlanmayıb.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Qəzvin şəhərinin mərkəzi həbsxanasında icra olunub.
Digər xəbərlər