Duman, çiskin olacaq - yola çıxmadan öncə bir daha düşünün!

Duman, çiskin olacaq - yola çıxmadan öncə bir daha düşünün!

8 Yanvar 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın havasından xəbəriniz olsun!

Bakı və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.