Tanınmış jurnalist ağır vəziyyətdədir
Bu gün gənc müğənni Yaqut Nəriman bacısı Şəlalə ("Oxu Məni" qəzeti və Mediainfo.az-ın müxbiri) ilə birgə xəstəxanada ağır vəziyyətdə yatan tanınmış müxbiri ziyarət ediblər. Bacılar Elşad Ümidə maddi, mənəvi dəstək olublar.
Xatırladaq ki, "Reytinq" qəzetinin jurnalisti Elşad Ümid hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında ("Semaşko"da) müalicə olunmaqdadır. Həmkarımızın vəziyyəti olduqca ağırdır. Ayaqları səbəbsiz yerə şişən E.Ümid həm maddi, həm də mənəvi cəhətdən əziyyət çəkir. "Heç bir dostum, yoldaşım məni ziyarət etmir. Hələ müğənniləri demirəm. Hamısına əlimdən gələn köməyi etmişəm. Amma indi biri məni itirib-axtarmır, Unudulmaq çox pis şeydir", - deyən Elşadın xəstəliyinə hələ dəqiq diaqnoz qoyulmayıb.
P.S. Dostlar, gəlin illərdir Azərbaycan mediasında çalışan həmkarımıza yardım edək. Onun buna çox ehtiyacı var. Elşad Ümidə maddi cəhətdən yardım etmək istəyənlər 1 saylı Şəhər Klinik Xəstəxanasına baş çəkə bilərlər (8-ci korpus, infeksiya şöbəsi, 306-cı palata).
Hazırladı: Könül Aypara
































































































