
“Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri öldürüldü
İraqda "Əl-Qaidə" ilə əlaqəli olan "İraq və Levantada islam dövləti" adlı radikal dini qruplaşmasının liderlərindən biri, daha çox "Qafqazlı" ləqəbi ilə tanınan Əbu Tafil qətlə yetirilib.
Bu barədə "Sky News Arabia" peyk telekanalı xəbər yayıb."Qafqazlı" ləqəbli Əbu Tafil "Əl-Fəluca əmiri" kimi tanınan Abdulla əl-Canabidən sonra "İraq və Levantada islam dövləti" qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib.
Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə "İraq və Levantada islam dövləti" qruplaşması arasında döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir