
27 yaşlı qız dəm qazından boğularaq öldü
Bu gün saat 05:54 radələrində Bakının Qaradağ rayonu ərazisində 27 yaşlı qızın meyiti yataq otağından tapılıb. Rayon Polis İdarəsi 10-cu polis bölməsindən verilən məlumata görə, 1986-cı il təvəllüdlü Zümrüd Hüseynova yataq otağından huşsuz halda tapılıb. Təcili hadisə yerinə həkim çağrılıb. Lakin həkimlər qızın artıq keçindiyini müəyyən edib. Gənc qızın dəm qazından boğulduğu məlum olub.
Digər xəbərlər