
AGAT yeni layihəyə imza atıb
Ötən ilin son günlərində (28.12.13) Bakı şəhərində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilati (AGAT) və Norveç–Azərbaycan Gənclər Birliyi (NAYO) ilə qarşılıqlı əməkdaşlıq barədə göruş keçirilib.
Göruş çərçivəsində Azərbaycan gənclərinin avrointeqrasiya prosesində Skandinaviya ölkələri ilə əməkdaşlığın əhəmiyyəti, gələcək perspektivlər və Skandiviya-Azərbaycan gənclərini bir araya gətirəcək layihələr barədə müzakirələr aparılıb. Vurğulanıb ki, AGAT–NAYO mədəniyyətlərarası dialoq, sülh quruculuğu və gənclərin elmi inkişafı ilə bağlı faliyyətlərin keçirilməsi məqsədəuyğundur. Göruş çərçivəsində AGAT-ın Norveçdə Azərbaycan reallıqları ilə, o cümlədən mədəniyyətlə bağlı beynəlxalq layihənin həyata keçirilməsi barədə muzakirələr də aparılıb. Qeyd olunub ki, Azərbaycan gənclərinin Skandinaviya ölkələri ilə əməkdaşlığı mühümdur.
Göruşun sonunda AGAT-ın sədri Gülsel Səfərova və NAYO-un sədri Ramil Əliyev arasında əməkdaşlıq barəsində razılıq əldə oluub.
Mediainfo.az