
Eyni kənddən iki azyaşlı qız özünü niyə asdı?
Onlardan birinin 11, digərinin isə 14 yaşı var
Şamaxı rayonunda 11 yaşlı qız özünü asıb.
Şamaxı rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yanvarın 5-də rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Pərvanə Hafiz qızı Səlimova yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihara cəhd edib.Göylər kənd orta məktəbinin V sinif şagirdi olan Pərvanə Səlimova koma vəziyyətində Ağsu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, dekabrın 30-da Göylər kəndində yaşayan 14 yaşlı Nuranə Aqil qızı İsmayılova da özünü asmışdı. Hər iki faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər xəbərlər