
Özünü körpüdən atan kişi ruhi xəstə imiş
Daxili İşlər Nazirliyi (DİN) yanvarın 5-də Bakıda baş vermiş intihar hadisəsi barədə məlumat yayıb.
Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonu Heydər Əliyev prospektindəki körpüdən 25-30 yaşlı kişi özünü ataraq intihar edib. Aparılan araşdırma zamanı onun Bakı şəhər sakini, ruhi xəstə Rəfayel Hümbətov olması müəyyən edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər xəbərlər