Sabiq deputat vəfat edib

Sabiq deputat vəfat edib

2 Yanvar 2014 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan parlamentinin sabiq deputatı, milli azadlıq hərəkatının fəallarından biri olmuş Faiq Baxşəliyev şəkərli diabetdən və ürək xəstəliyindən əziyyət çəkdiyi üçün dekabrın 31-də Mingəçevirdəki evində dünyasını dəyişib.

Xatırladaq ki, F.Baxşəliyev 1990-1995-ci illərdə Milli Məclisin deputatı olub. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına səs verən millət vəkillərindən olub. 1992-1995-ci illərdə Mingəçevirin və Ağdaşın icra başçısı vəzifələrində çalışıb. Mərhum doğulduğu Ağdaş rayonunun Kotavan kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

Mediainfo.az