Dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir

Dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir

16 Dekabr 2013 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın təhsil naziri belə deyib

Bu dərs ilində tədris müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq.

Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir.

Bunun bir sıra səbəblərinin olduğunu deyən nazir qeyd edib ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır: "Bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris

prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir".