Azərbaycanın bəzi magistral yolları buz bağlayıb

Azərbaycanın bəzi magistral yolları buz bağlayıb

16 Dekabr 2013 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın bəzi magistral yolları buz bağlayıb.


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, ötən gecədən respublika ərazisinə yağan güclü qar bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

K. Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyindən asfalt örtüyü buz bağlayıb. Bu istiqamətdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Müşfiq postundan Bakı-Qazax-Kürdəmir istiqamətinə yönləndirilir.

Bundan başqa, Muğanlı-İsmayıllı yolunda buzlama və qar müşahidə edilir. Bu istiqamətdə isə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Qəndob-Xaçmaz istiqamətinə yönləndirilir.

K. Əliyev, həmçinin Quba-Qusar avtomobil yolunun buz bağladığını bildirib.

Şöbə rəisi sürücülərə idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələrini, yüksək sürətdən uzaq olmalarını tövsiyə edib.