Bu gün FHN-nin "ad günüdür"

Bu gün FHN-nin "ad günüdür"

16 Dekabr 2013 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Şəxsi heyət peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti nazirliyin yaranmasının ildönümü, peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri qoyub, ehtiramını bildirib. Şəhidlərin məzarı da ziyarət olunub, "Əbədi məşəl" kompleksi qarşısına əklil qoyulub.