
Bakıda sərnişin avtobusu qəza törətdi: bir ölü
Bakıda daha bir sərnişin avtobusu ağır qəzaya düşüb. Lakin bu dəfə avtomobil yol kənarında dayanmış avtobusa çırpılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.
Belə ki, İbrahim Allahverdiyev idarə etdiyi "Ford-Tranzit" markalı avtomobili yol kənarında dayanmış, Məmmədəli Cəfərovun idarə etdiyi "Daewoo" markalı avtobusa və Şirvan Məmmədova məxsus "Oka" markalı avtomobilə vurub. Nəticədə avtobusun sürücüsü Məmmədəli Cəfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər