
46 yaşlı qadın bu gün səhər vanna otağında boğularaq ölüb
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Əmircan qəsəbəsi, Axundov küçəsi-16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 46 yaşlı Validə Məhərrəm qızı Qasımova vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər