
FHN məlumat yaydı
Mərkəzi Neftçilər Xəstəxanasında yanğın zamanı 138 tibb personalı və xəstələr təxliyə olunub, 12 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.
Mediainfo.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər xəbərlər