Ceyranbatanda avtomobil su kanalına düşüb: 1 nəfər ölüb

Ceyranbatanda avtomobil su kanalına düşüb: 1 nəfər ölüb

14 Dekabr 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ceyranbatan qəsəbəsində avtomobil su kanalına düşüb. Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətindən apa-ya verilən məlumata görə, dekabrın 14-ü saat 05.48-də 112 Xidmətindən Abşeron rayonu Bakı-Quba magistral yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə məlumata əsasən, Abşeron rayonu Xırdalan şəhəri üzrə xilasedicilər qrupu və xilasedici-dalğıclar qrupu hadisə yerinə çıxıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1996-cı il təvəllüdlü Həbilli Fərid Feyruz oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 01 BC 821 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Avtomobildə olan iki kişi və sürücü avtomobildən özləri çıxıblar. Lakin qadın sərnişin aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə çatmış Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları avtomobildə sıxılmış vəziyyətdə qalmış qadının cəsədini xüsusi alət və avadanlıqlarla avtomobildən çıxarıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının və hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.