
Montyoru cərəyan vurdu
Cəlilabad Rayon Elektrik Şəbəkəsinin işçisi, rayonun Sərhədabad kənd sakini Etiqad Musa oğlu Buludov iş başında faciəvi sürətdə ölüb. ANS -in bölgə müxbirinin məlumatına görə, dünyasını dəyişmiş usta elektrik xətlərində təmir işləri apararkən cərəyan vurmasından dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, cərəyan vurduqdan sonra Etiqad Buludov elektrik dirəyindən birbaşa yerə çırpılıb. Dünyasını dəyişən elektrikin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Daha sonra mərhum adiyyatı üzrə yaxınlarına təhvil verilib.
Cəlilabad rayon elektrik şəbəkəsindən verilən məlumata görə, bədbəxt hadisəyə işçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.