20 yaşlı qız ölümdən döndü

20 yaşlı qız ölümdən döndü

13 Dekabr 2013 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 20 yaşlı qız intihara cəhd edib. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Mirzəyeva yaşadığı evdə özünü asmaq istəyib. Ailə üzvləri kəndiri kəsərək onu təcilli xəstəxanaya aparıblar.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən X. Mirəzyevanın vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.