Avtomobillərin qənimləri ələ keçdi

Avtomobillərin qənimləri ələ keçdi

13 Dekabr 2013 15:44
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda avtomobillədən oğurluq edən dəstə tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Zahid Bayramov, qardaşı RamizŞəhriyar Hüseynov tutulublar.

Müəyyən edilib ki, onlar noyabrın 20-nə keçən gecə Mərdəkan qəsəbəsindəRüstəm Əliyevə məxsus "Opel" markalı avtomaşından şüşəni sındırma yolu ilə ərzaq malları, noyabrın 25-də Şağan qəsəbəsində Fuad Əliyevə məxsus "Mazda" markalı avtomobildən 200 manat, noyabrın 30-na keçən gecə Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində Mətanət Acalovaya məxsus "KİA" markalı avtomobildən 300 manat, bankomat kartı və sənədlər, dekabrın 3-nə keçən gecə Şüvəlan qəsəbəsi Vidadi küçəsində Rasim Hüseynova məxsus "Hyundai" markalı avtomobildən pul və sənədlər oğurlayıb, noyabrın 18-nə keçən gecə isə Xaşaxuna bağ massivində Elməddin Salayevə məxsus "VAZ-2106" markalı avtomobildən, açıq qapıdan keçməklə oğurluğa cəhd ediblər.
Bundan başqa, noyabrın 18-i saat 08 radələrində Mərdəkan qəsəbəsində Böyük Britaniya vətəndaşı Purvik Maykl Leslinin idarə etdiyi "Toyota", noyabrın 22-nə keçən gecə isə Binə qəsəbəsi Bolluq yaşayış sahəsindəTeymur Əzimova məxsus "BMW" markalı avtomobillərin şüşələrini sındırıblar.