Qar uçqunu 6 kəndin rayon mərkəzi ilə əlaqəsini kəsdi
Azərbaycana yağan güclü qar şimal bölgəsində bəzi istiqamətlərdə kənd yollarının bağlanması ilə nəticələnib
Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunda qar uçqunu baş verib və yol bağlanıb. Bu istiqamətdə olan 6 kənd - Xınalıq, Qələxudat, Bastançı, Cek, Əlik və Atuc kəndlərinə avtomaşınların hərəkəti mümkünsüz olub.
Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 35,37 km və 45 km-liyində qar uçqunu qeydə alınıb. Ümumilikdə yolun 35-ci km-dən 57-ci km-liyinə kimi yol bağlıdır. Hazırda əraziyə texnika cəlb olunub.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib ki, hazırda yollarda avtomobillərin hərəkətini bərpa etmək üçün işlər görülür.
Digər xəbərlər































.jpg)

















































.jpg)
.jpg)
.jpg)







