Qar davam edəcək...

Qar davam edəcək...

13 Dekabr 2013 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Hava 23 dərəcəyə qədər soyuyacaq

Bakı və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 14-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq. Dekabrın 14-ü axşam və 15-i gün ərzində hava şəraitinin yağıntılı olacağı gözlənilir.