
Suraxanıda kişini vurub, meyitini küçəyə atan avtomobil sürücüsü axtarılır
Ötən gün saat 22:20 radələrində Bakının Suraxanı rayonunda küçədə naməlum kişi meyiti tapılıb. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, Hövsan qəsəbəsində yolun kənarında tapılan meyitin 25 yaşlı kişiyə məxsus olduğu bildirlir. Meyitin üzərindən sənəd çıxmadığı üçün hələlik onun kimliyi müəyyənləşdirilməyib.
Araşdırmalar zamanı meyitin avtomobil zərbəsi nəticəsində dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırmalara başlanıb. Kişini vurub, meyitini küçəyə atan avtomobil sürücüsü axtarılır.
Digər xəbərlər