
Dünən Bakıda 25 nəfər xəstəxanalıq oldu
Ötən gün Bakıda qarlı hava ilə əlaqədar 10 nəfər yıxılaraq ağır xəsarətlər alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yıxılan şəxslərin əksəriyyəti buzlu yolda sürüşüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bundan başqa, paytaxtda 15 nəfər dəm qazından zəhərlənib. Hadisələrin əksəriyyəti həyət evində baş verib. Zəhərlənən şəxslərin 14 nəfəri xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər