Özünü 5-ci mərtəbədən atan 78 yaşlı qadın sağ qaldı

Özünü 5-ci mərtəbədən atan 78 yaşlı qadın sağ qaldı

13 Dekabr 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bu gecə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 78 yaşlı qadın xilas edilib.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda 1 nəfər yaşayış binasının eyvanından yıxılıb və köməyə ehtiyac yaranıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1935-ci il təvəllüdlü Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb və köməksiz vəziyyətdə qalıb. Müxtəlif bədən xəsarətləri almış zərərçəkmişi yaxınları götürə bilmədikləri üçün "112" qaynar telefon xəttinə müraciət ediblər. Nazirliyin xilasediciləri binanın 4-cü mərtəbəsinin eyvanına qalxaraq vətəndaşın xilas edilməsini təmin edib və aidiyyəti üzrə təhvil veriblər.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Zamil Gülməmmədovun apa-ya verdiyi məlumata görə, 78 yaşlı Mənsurə Ağayeva intihara cəhd edib. O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, dördüncü mərtəbənin eyvanının damı qadını ölümdən xilas edib.