İranda növbəti zəlzələ

İranda növbəti zəlzələ

12 Dekabr 2013 19:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında İranın Kirman vilayətində zəlzələ baş verib. Apa-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Hocedk şəhərinə təsadüf edib.

4 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 16:41-də yerin 13 km dərinliyində meydana gəlib. Zəlzələnin müddəti 6 saniyə çəkib, dağıntı və tələfat olmayıb. Təbii fəlakət Hocedkdən 13 km, Xanukdan 14 km və Çatruddan 25 km uzaqlıqda baş verib.