Qarlı hava bir ailəni qəzaya düçar etdi

Qarlı hava bir ailəni qəzaya düçar etdi

12 Dekabr 2013 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzada ana ölüb, ata və övlad ağır yaralanıb

Ucar rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolu, Ucarın Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Vaqif Hüseynovun İdarə etdiyi "Toyoto-Gruze" markalı minik maşını ilə "Shaqman" markalı yük maşını toqquşub.
Nəticədə "Toyoto-Gruze"nin sürücüsü və onun 18 yaşlı oğlu Elxan Süleymanov ağır yaralanıb. Onlar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində minik maşınında olan daha bir şəxsin öldüyü bildirilir.
Xəstəxanadan verilən məlumata görə, dünyasını dəyişən şəxs sürücünün həyat yoldaşı, 1972–ci təvəlüdlü Elza Süleymanovadır. Qəzanın baş verməsinə səbəb, yağan güclü qarın magistral yolda nəqliyyatın hərəkəti üçün yaratdığı çətinlikdir.
Faktla bağlı araşdırma aparılır.