Diqqət: gecə və səhər yollar buz bağlayacaq

Diqqət: gecə və səhər yollar buz bağlayacaq

12 Dekabr 2013 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Paytaxtda gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Rayonlarda yollar buz bağlayacaq.