Masazırda ev göyə uçdu: xəsarət alanlar var

Masazırda ev göyə uçdu: xəsarət alanlar var

12 Dekabr 2013 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Mediainfo.az-ın FHN-in saytına istinaən verdiyi məlumata görə, yanğın nəticəsində ev yanıb. Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.