Timoşenko Ukrayna xalqını üsyana çağırıb

Timoşenko Ukrayna xalqını üsyana çağırıb

11 Dekabr 2013 18:53
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda həbsdə olan Ukraynanın sabiq baş naziri, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko xalqı üsyana çağırıb. "Ukrainskaya pravda" saytının verdiyi məlumata görə, Y. Timoşenko həbsxanadan göndərdiyi məktubunda bütün ukraynalıları Viktor Yanukoviç hakimiyyətinə qarşı üsyana qalxmağa səsləyib: "Dəyənəklə dinc insanlara endirilən hər zərbə bütün Ukrayna xalqının sifətinə vurulan zərbədir. Yanukoviçin zorakılığı həyatımızın normasına çevirməsinə imkan verməyin! Mən hər ukraynalıya müraciət edirəm: üsyan edin!"

Y. Timoşenko müxalifəti hakimiyyətlə danışıqlara getməməyə çağırıb: "Banda ilə heç bir danışığa, heç bir dəyirmi masaya getmək olmaz. Yanukoviç və ətrafı gecikmədən, təcili şəkildə istefaya getməlidir. Ukraynaya eşq olsun!"

/Apa/